AZ

Kirayə mənzil bazarında vergi ilə bağlı yoxlamalara başlanıldı – AÇIQLAMA

Ötən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslərin mənzillərini kirayə verməsinə görə əldə etdikləri gəlirdən vergi cəlb olunan hissə 14 faizdən 10 faizə endirilib. Doğrudan da bu, mütərəqqi bir addım idi. Amma deyə bilərik ki, mənzillərini kirayə verənlərin 80 faizdən çoxu vergi ödəmirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, artıq cari ilin əvvəllərində inzibati qaydada müvafiq sahə müvəkkilləri və vergi yığımına məsul şəxslərin həmin mənzillərdə yoxlama aparması müşahidə edilir:

“Bu da onu göstərir ki, öz mənzillərini müqaviləsiz, qeyri-rəsmi kirayə verən vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atılacaq və bu da bir müddət sonra fiziki şəxslərin öz müştəriləri ilə müqavilə bağlamasına gətirib çıxaracaq. Əgər belə olacaqsa, fiziki şəxs əldə etdiyi vəsaitin məbləğinin 10 faizini ödəməyə məcbur olacaq. Belə olduğu təqdirdə, təbii ki, bu, kirayə qiymətlərinin artmasına səbəb olacaq və biz bunu əvvəldən hiss edirik”. /iqtisadiyyat/

Seçilən
15
4
nocomment.az

5Mənbələr