Yay transfer dönəmində “Barselona”dan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən İniqo Martines Kataloniya komandasının müdafiəçisi Jerard Martin üçün sevincini ifadə edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sabiq komanda yoldaşı üçün xoşbəxt olduğunu söyləyib:
“Jerard Maldini (Paulo Maldini – İtaliya millisinin sabiq məşhur müdafiəçisi)! Mən onu çox bəyənirəm, onun üçün xoşbəxtəm.
O, çox çalışdı və hər şeyə təkbaşına nail oldu. Sadəcə baxın, indi heç kim onu ehtiyat oyunçular skamyasına yerləşdirə bilməz.
Çox şey öyrənib və əla əhval-ruhiyyə ilə oynayır. Mən onun üçün çox xoşbəxtəm”.
23 yaşlı Martin bu mövsüm “Barselona”da mərkəz müdafiəçisi mövqeyində oynamağa başlayıb.
Martines 2023/24 mövsümündə “Barselona”da çıxış edib. İspaniyalı futbolçu 2025-ci ilin yayında isə Kataloniya klubundan “Əl-Nəsr”ə keçib.
“Barselona” yanvarın 11-də İspaniya superkubokunun finalında “Real”la qarşılaşacaq.