AZ

“Rusiya Azərbaycanla münasibətlərdə siyasi böhran yolunu seçib” - ŞƏRH EDİLDİ

“Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın ümumiyyətlə xitam verilməsi göstərir ki, Rusiya bu hadisəyə görə məsuliyyəti qəbul etmədi və hava şəraiti kimi səbəblərlə məsələni ört-basdır etməyə çalışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, təyyarə Qazaxıstana yönəlməli olduğu halda, hadisənin Rusiyada baş verməsi və nəticələrin belə nəticələnməsi Rusiyanın verdiyi sözə əməl etmədiyini nümayiş etdirir:

”Bu, həm də Rusiya rəhbərliyinin Azərbaycan prezidentinə verdiyi vədlərin yerinə yetirilmədiyini sübut edir.

Əslində, bu hal göstərdi ki, Rusiya sadəcə beynəlxalq hüquqa yox, qonşuluq prinsiplərinə də əməl etmir. Azərbaycan daim Rusiya ilə normal qonşuluq münasibətləri saxlamağa çalışıb, amma Rusiya buna adekvat cavab verməyib. Hətta etik və mənəvi məsələlərdə də Rusiya üzərinə düşəni etməyib.

Rusiya verdiyi vədə əməl etmədi. Bir tərəfdən prezident söz verir, digər tərəfdən isə istintaqın nəticəsi tam əksini göstərir. Beləliklə, Rusiya Azərbaycanla münasibətlərdə siyasi böhran yolunu seçib və bu böhran hələ də davam edir. Bütün bu gərginliklərin kökü Moskvadadır.

Azərbaycan Rusiyayla münasibətləri yalnız o halda inkişaf etdirə bilər ki, Rusiya tərəfi məsuliyyətli mövqe ortaya qoysun və üzərinə düşən öhdəlikləri yerinə yetirsin”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
23
1
sia.az

2Mənbələr