Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistan XİN məlumat yayıb.
Bildirilir ki, səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.
XİN-in məlumatına görə, dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu səfirin diqqətinə çatdırılıb.
Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib.