Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "OFK Belqrad" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Belqrad təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Kimyaçılar"ın yeganə qolunu 5-ci dəqiqədə Aleksandr Ramalinqom vurub.
Xatırladaq ki, "Sumqayıt" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Macarıstan təmsilçisi "Pakş"a 1:5 hesabı ilə məğlub olub. Komanda sonuncu oyununu "Osiyek"ə (Xorvatiya) qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta