AZ

Qaz hasilatının artırılıb ixrac edilməsi valyuta ehtiyatlarının artmasına da təsir göstərəcək

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Fiskal dayanıqlılıq baxımından bir sıra ölkələr, həmçinin dövlət büdcəsinin əsasını neft gəlirləri təşkil edən ölkələr, daxili iqtisadiyyatı qorumaq məqsədilə investor gəlirlərinə ehtiyac duyurlar. Xarici və yerli investorların bu sahəyə yatırımı həm “yaşıl enerji”nin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından iqtisadi əhəmiyyət kəsb edir".

Bunu Redaktor.az-a iqtisadçı Günay Hüseynova Prezident İlham Əliyevin yerli və xarici investorları ölkəyə sərmayə qoymağa çağırmasından danışarkən qeyd etdi.

"Külək elektrik stansiyalarının fəaliyyəti ölkə daxilində enerji ilə təmin etmək baxımından əhəmiyyətlidir. Həmçinin qaz hasilatının artırılıb ixrac edilməsi valyuta ehtiyatlarının artmasına da təsir göstərəcək. Bu da onu deməyə əsas verir ki, milli valyutanın dayanıqlığı qorunacaq və pulun dəyər itirməsinin qarşısı alınacaq. Məlumdur ki, qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması, yeni risklərin qarşısının alınması ilə əlaqədar iqtisadi tədbirlər, inflyasiyanın sürətlənməsi halları mövcuddur. Belə bir iqtisadi mühit ölkələrin daxili iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilir. Ona görə də xarici investorların ölkəyə cəlb edilməsi gərəklidir", - deyə o, fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
redaktor.az

2Mənbələr