AZ

Nə olursa olsun, biz Qrenlandiyanı alacağıq – ABŞ Prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirəcək.

Bəyanatın səs yazısı Ağ Evin saytında dərc edilib: “Bu və ya digər şəkildə, biz Qrenlandiyanı alacağıq”, – Donald Tramp bildirib.
Tramp Vaşinqtondan əvvəl Rusiya və ya Çinin Qrenlandiyanı ala biləcəyini düşünmədiyini vurğulayıb: “Əgər biz Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq və mən buna icazə verməyəcəyəm.”, – Donald Tramp qeyd edib.

Bundan əlavə, Amerika prezidenti deyib ki, ABŞ-ın Qrenlandiyaya ehtiyacı Qrenlandiyanın ABŞ -a ehtiyacından daha böyükdür. Buna görə də, Vaşinqtonla razılaşmaq hələ də dəyərlidir. Onun sözlərinə görə, ada faktiki olaraq müdafiəsizdir, çünki onun müdafiəsi “iki it xizəyindən” ibarətdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr