Tacikistanın Kulyab şəhərində yeniyetmələr arasında baş verən münaqişə faciə ilə nəticələnib.
Moderator.az xəbər verir ki, MMA üzrə dünya və Tacikistan çempionu, 15 yaşlı Məhəmmədəli Sadulloyev münaqişə zamanı həyatını itirib.
Hadisə yanvarın 11-dən 12-nə keçən gecə şəhərdəki kompüter klubunda baş verib. Mübahisə zamanı Sadulloyev ürək nahiyəsindən bıçaqlanıb və hadisə yerində keçinib. Daha iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Tacikistanın Qarışıq Döyüş Növləri Federasiyası və mərhumun məşqçisi Kamol Vəliyev məlumatı təsdiqləyiblər. Hüquq-mühafizə orqanları tərəfindən iki nəfər saxlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Məhəmmədəli Sadulloyev 2024-cü ildə MMA üzrə gənclər arasında dünya çempionu olub. O, 2025-ci ildə Tacikistan çempionatında da qızıl medal qazanıb.
(Unikal)