AZ

AMB baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalının yüksək olduğunu hesab edir

Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalının yüksək olduğunu və inflyasiyanın hədəf daxilində qalacağının gözləyir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev deyib.

Direktor müavini bildirib ki, məlum olduğu kimi, Mərkəzi Bank 2026-cı il üzrə inflyasiyanı 4±2% hədəf diapazonunda saxlamağı planlaşdırır, lakin oktyabr 2025 proqnozlarında illik inflyasiya 5.7% göstərilir. Müsahib xarici risklərin payının artdığı bir şəraitdə bu hədəfin qorunması üçün ön planda olacaq pul siyasəti alətlərindən danışarkən əvvəlcə vurğulayıb ki, inflyasiyanın hәdәf daxilindә idarә edilmәsi uzunmüddətli dayanıqlı iqtisadi artımın mühüm şәrtlәrindәn biridir:

“Mәrkәzi Bank 2026-cı ildә dә pul siyasәtinә dair qәrarlar verәrkәn əsasən inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri, habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәk. Hesab edirik ki, baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalı yüksəkdir və inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”.

“Ümumiyyətlə, Mәrkәzi Bank inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyir. Bu təcrübəyə əsaslanaraq AMB 2026-cı ildə də makroiqtisadi proqnozların baza ssenari ilә yanaşı alternativ ssenarilәri üzrə verəcəkdir. Bu da inflyasiya risklәrinin qiymətləndirməyə və onların reallaşdığı tәqdirdә çevik siyasәt reaksiya verməyə imkan verir. Mərkəzi Bank pul siyasətinin hədəfinə nail olmaq üçün sərəncamındakı alətlərdən çevik istifadə edəcəkdir”, – deyə E. Güləliyev qeyd edib

MənbəTREND
Seçilən
19
2
banker.az

3Mənbələr