AZ

Malayziya Grok-a girişi məhdudlaşdırdı

Malayziya Grok-a girişi məhdudlaşdırdı

Malayziya X-in süni intellekt aləti Grok-a girişi ədəbsiz və zərərli məzmunların istehsalının qarşısını almağa yönəlik kifayət qədər təhlükəsizlik tədbirləri görülmədiyi səbəbi ilə müvəqqəti olaraq məhdudlaşdırıb.

Malay Mail qəzetinin xəbərinə görə, Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC) məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, məhdudiyyət Grok-un qadınlar və uşaqlar da daxil olmaqla razılığa əsaslanmayan ədəbsiz və zərərli görüntülər istehsal etmək məqsədilə dəfələrlə sui-istifadə olunmasından sonra bu gün qüvvəyə minib.

Açıqlamada X Corp və xAI şirkətlərinə 3 və 8 yanvar tarixlərində rəsmi bildirişlər göndərildiyi xatırladılaraq, həmin bildirişlərdə Malayziya qanunlarını poza biləcək süni intellekt tərəfindən yaradılan məzmunların qarşısının alınması üçün effektiv tədbirlərin görülməsinin tələb edildiyi vurğulanıb.

X-in bu bildirişlərə verdiyi cavabların yetərsiz olduğu qeyd edilərək, “Xüsusilə qadınlar və uşaqlarla bağlı məzmunların qarşısını almağa yönəlmiş effektiv təhlükəsizlik tədbirləri tətbiq edilənədək Grok-a giriş məhdudlaşdırılmış olaraq qalacaq” ifadələrinə yer verilib.

Seçilən
17
afn.az

1Mənbələr