AZ

Araqçı və Uitkoff danışdı: ABŞ İranla bağlı hansı qərarı verəcək?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçı İslam Respublikasında baş verən etirazları və mümkün görüşü müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Araqçı Trampın İrana qarşı hərbi güc tətbiq etməklə bağlı hədələri fonunda Uitkoffla əlaqə saxlayıb. Onlar yaxın günlərdə görüş keçirmək imkanını müzakirə ediblər. Mənbələrin fikrincə, bu, çox güman ki, İran tərəfinin ABŞ-la gərginliyin azaldılmasına yönəlmiş cəhdi olub.

Mənbələr tərəflərin telefonla danışdığəını, yaxud mesaj mübadiləsi apardığını açıqlamayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
globalinfo.az

1Mənbələr