AZ

“Yay ab havası əslində mövsüm üçün qeyri adi deyil”

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bakıda bu gün müşahidə olunan yay ab-havası əslində mövsüm üçün qeyri-adi deyil, lakin normadan kənar epizod hesab olunur”.Bunu Demokrat.az-a açıqlamasında meteroloq Cavidan Əliyev deyib.O bildirib ki, qış aylarında hava kütlələrinin tez-tez dəyişməsi temperaturun kəskin qalxıb-enməsinə səbəb ola bilir:“Xüsusilə cənubdan daxil olan isti hava axınları qısa müddətə yaz və ya yay təəssüratı yaradan temperatur göstəriciləri formalaşdırır. Ardınca isə şimal və ya şimal-qərb istiqamətindən daxil olan soyuq hava kütlələri havanı yenidən mövsümi norma səviyyəsinə qaytarır. Yanvarın 13-də gözlənilən dəyişkən buludlu və axşam saatlarında yağıntılı hava da məhz bu keçid prosesinin nəticəsidir. Bir gün normadan xeyli isti, digər gün isə daha sərin havanın müşahidə olunması qısamüddətli sinoptik dəyişkənliklə bağlıdır. Bu cür dalğalanmalar xüsusilə Xəzər hövzəsi üçün xarakterikdir. Anomaliya anlayışı isə adətən uzunmüddətli, yəni həftələrlə və ya aylarla davam edən normadan kənar göstəricilərə şamil olunur. Bir-iki günlük kəskin istiləşmə və ya soyuma hələ iqlim anomaliyası sayılmır. Lakin bu cür halların tez-tez təkrarlanması iqlim dəyişmələrinin regional təsirlərindən xəbər verə bilər. Son illər fəsillərarası keçidlərin daha kəskin olması müşahidə edilir. Bu isə atmosfer dövranının dəyişməsi ilə bağlıdır. Belə hava şəraiti insan sağlamlığına və gündəlik həyata müəyyən uyğunlaşma tələb edir. Buna görə də əhali qısa müddətli istiləşmələrə aldanmadan hava proqnozlarını diqqətlə izləməlidir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
demokrat.az

1Mənbələr