AZ

Denis Draquş Qaziantep ə keçici transfer olub

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

"Trabzonspor" Denis Draquşun müvəqqəti olaraq "Qaziantep"ə transferi üçün razılığa gəlindiyini açıqladı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qaziantep" komandası da oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Klub bununla bağlı açıqlama yayıb:

"Qaziantep Futbol Klubu ulduz oyunçu Denis Draquş və Trabzonspor klubu ilə mövsümün sonuna qədər müvəqqəti transferi üçün razılığa gəlib. 2022-2023 mövsümündə də klubumuzda oynamış və komandamıza böyük töhfələr vermiş Denis Draquş, prezidentimiz Memik Yılmazın iştirakı ilə klubumuza bağlı qalacaq rəsmi müqaviləni imzalayıb. Denis Draquşu bir daha klubumuzda salamlayır və ona böyük uğurlar arzulayırıq."

Fərid

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
mia.az

1Mənbələr