AZ

Azercell yeni rouminq paketlərini istifadəyə verir

Belə ki, yerli bazarda ən geniş rouminq şəbəkəsinə malik lider mobil operator 500 MB, 2 GB, 5 GB və 10GB həcmlik internet paketlərini istifadəyə verir.

Qısa müddətli xarici səfərlər üçün nəzərdə tutulmuş 500 MB həcmli rouminq paketi 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə 10 gün müddətinə 25 AZN-ə təqdim olunur. Daha uzun müddət və daha geniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB həcmli paket 50 AZN, 10 GB həcmli paket isə 75 AZN-ə təklif olunur.

Qeyd edək ki, bu paketlərdən 100-dən çox ölkədə fəaliyyət göstərən 260 operatorun şəbəkəsində yararlanmaq mümkündür və bu siyahı mütəmadi olaraq yenilənir.

Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

AzVision.az



Seçilən
46
12
azvision.az

10Mənbələr