AZ

"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə "komendant pulu" termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən "ayrı-seçkilik" prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.

Publika.az xəbər verir ki, bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib.

“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.

Seçilən
72
14
publika.az

10Mənbələr