BAKI, 12 yanvar. TELEQRAF
Norveç 2026-cı ildə Ukraynanın enerji sektoruna və hökumətinə 397 milyon dollarlıq təcili yardım göstərəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters2 agentliyi məlumat yayıb.
Ötən ilin sonlarında Norveç Parlamenti Ukraynaya 8,45 milyard dollar ayırıb. Bunun 7 milyard dolları hərbi dəstək, 1,5 milyard dolları isə mülki və humanitar yardıma üçün nəzərdə tutulub.