AZ

2026‑cı il üçün proqnoza gəlincə, torpaq qiymətlərinin... AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bakıda torpaq sahələrinin qiymətindəki artım bir neçə əsas amillə izah olunur. Ötən il mərkəzi rayonlarda xüsusilə Səbail və Yasamalda qiymətlərin daha sürətlə qalxması ərazinin mərkəzi olması, infrastruktur və sosial obyektlərin sıxlığı, eləcə də investisiya marağının yüksək olması ilə bağlıdır”. Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, Qaradağ və Pirallahı kimi ərazilərdə artımın zəif olması isə əsasən həmin bölgələrin mərkəzdən kənarda yerləşməsi və infrastrukturlarının hələ tam inkişaf etməməsi ilə əlaqədardır:“2026‑cı il üçün proqnoza gəlincə, torpaq qiymətlərinin ümumilikdə artmağa davam edəcəyi gözlənilir. Xüsusilə şəhər mərkəzi və infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdə qiymət artımı daha sürətli olacaq. Bu, həm alıcıların, həm də investorların marağının yüksək qalması ilə izah olunur. Eyni zamanda torpaq sahələrinin sayı məhdud olduğundan təklif-tələb balansı qiymətləri daha da yüksəldəcək. Buna baxmayaraq, şəhərkənarı və yeni inkişaf zonalarında artım nisbi olaraq zəif qala bilər, çünki ərazilərin infrastruktur və kommunikasiya imkanları mərkəzi zonalar qədər cəlbedici deyil. Bu tendensiya həm torpaq sahələrinə investisiya marağını, həm də əmlak bazarında qiymət sabitliyini müəyyən dərəcədə təsir edəcək”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr