Timsahlar dünyadakı ən böyük sürünənlərdir və onların dişləmə gücü çox böyükdür. Lakin uzun məsafələri üzmək onların güclü tərəfi olmasa da, Cənubi Sakit Okeandakı bir çox adalarda yayıla biliblər.
Hit.az xəbər verir ki, bu barədə "IFLScience" yazır.
2010-cu ildə Kvinslend Universiteti, Kvinslend Park və Vəhşi Təbiət Xidməti və Avstraliya Zooparkı birgə araşdırma aparıblar. Bu araşdırma çərçivəsində onlar 27 yetkin timsahın üstünə sonar ötürücüləri bağladılar və onların hərəkətini sualtı qəbuledicilər vasitəsilə izləyi lər. Beləliklə, onlar ə timsah sürülərinə dair 1,2 milyon məlumat toplayıblar.
Alimlər müşahidə edib ki, timsahlar uzun səyahətlərinə gelgit dəyişdikdən bir saat sonra başlayırlar. Bu, sürünənlərə okean axınları ilə “səyahət etməyə” imkan verir. Gelgit yenidən sakitləşəndə isə onlar çayın sahilinə çıxır və növbəti gelgit üçün gözləyirlər.
Alimlərin sözlərinə görə, bu üsulla timsahlar evlərindən çayın ağızına qədər 50 kilometrdən çox məsafəni qət edə bilirlər və hətta açıq dənizə çıxırlar. Adətən bu hərəkətlər 10 kilometrlik sıçrayışlarla baş verir.
“Timsahlar Hind və Sakit Okean boyunca adalardakı populyasiyalar şəklində yayılıb və çünki onlar bu böyük ərazidə duzlu suda yaşayan yeganə timsah növüdürlər, adalararası populyasiyaların müntəzəm qarışması baş verir", deyə Kvinslend Universitetindən tədqiqat müəllifi Dr. Hamiş Kempbell bildirib.
Alimlər qeyd edirlər ki, dikenli timsahlar pis üzürlər, amma onlar duzlu suda uzun müddət qida və su qəbul etmədən sağ qala bilirlər. Bu səbəbdən onlar yalnız əlverişli səthi axınlarda hərəkət edə bilirlər.
Qeyd olunur ki, qeydə alınmış ən təsirli dikenli timsahlardan biri 3,84 metr uzunluğunda olub. Bu timsah 25 gündə 590 kilometr məsafəni qət edərək Keyp-York yarımadasının qərb sahilinə çatıb, mövsümi axın sistemindən istifadə edib.
Samir