"Turan Tovuz"un yetirməsi aşağı liqa klublarından gələn təklifləri geri çevirib.
Söhbət qapıçı Mehman Hacıyevdən gedir.
30 yaşlı kiperin doğma rayonun komandasından ayrılmaq fikri yoxdur.
O, transfer üçün qapısını döyən müştərilərə bu sözü deyib.
Hacıyev bu sezon Premyer Liqada debüt etməyib.
O, daha çox əvəzedici komandada rəsmi matçlara çıxıb.
Təcrübəli qapıçı karyerası ərzində qısa müddətli "İmişli" dövrü xaric yalnız yetirməsi olduğu "Turan Tovuz"da forma geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ