AZ

Pezeşkian milli müqavimət yürüşünə qatıldı

Bu gün İran Prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi milli müqavimət yürüşündə iştirak edib.

Bakupost.az  xəbər verir ki, aksiya İran hakimiyyəti tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.

Hökumətyönlü media Pezeşkianın yürüşdə iştirakını geniş şəkildə işıqlandırıb.

Bildirilib ki, İran prezidenti "sionist rejimin və Amerikanın terror aktlarına qarşı" təşkil edilən yürüşə qatılıb.

Bununla hakimiyyət etirazları xarici qüvvələrlə əlaqələndirməyə çalışıb.

Qeyd edək ki, Pezeşkian daha əvvəl İran xalqını milli müqavimət yürüşünə dəvət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
3
olaylar.az

4Mənbələr