AZ

Trampa unudulmaz dərs verəcəyik Qalibaf hədələdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın İrana hücum əmri verməsi fonunda ona unudulmaz dərs veriləcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Tehranda iğtişaşlarda iştirak edənlərə qarşı keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı deyib.

“Eşitmişik ki, sən İrana hədə-qorxu gəlmisən. İranın müdafiəçiləri sənə unudulmaz bir dərs verəcək. Biz zalım hökmdarları cəzalandıracağıq. Tramp! sənə deyilən yalanlara inanma. Gəl və bu bölgədə Amerika maraqlarının necə məhv edildiyini öz gözlərinlə gör”, – deyə Qalibaf vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
globalinfo.az

1Mənbələr