AZ

Prezidentdən bu nazirlə bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə bildiriş göndərməlidir.


Telegram kanalımız
Seçilən
14
8
yenisabah.az

10Mənbələr