ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Siti”də daha bir ciddi zədə faktı qeydə alınıb. "Football-plus.az" xəbər verir ki, Ruben Diaş və Yoşko Qvardioldan sonra Savinyo da sıradan çıxıb.Komandanın baş məşqçisi Pep Qvardiola vingerin zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib. Braziliyalı futbolçu yanvarın 1-də premyer-liqada “Sanderlend”ə qarşı keçirilən oyunda zədələnərək əvəzlənmişdi. Onun nə qədər müddətdə heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola belə deyib:
“Uzun müddət. Dəqiq bilmirəm. Təxminən ayyarım, iki ay. O, geri qayıdacaq”.
Savinyo bu mövsüm premyer-liqada keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.