AZ

Bakı Fond Birjası və USACC 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər

Bakı. Trend:

9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarəHeyətinin sədri Ruslan Xəlilov ABŞ-Azərbaycan Ticarət Palatasının(USACC) İcraçı direktoru Natiq Baxışov ilə görüş keçirib. Görüşzamanı BFB-nin USACC-yə üzv qəbul edilməsi rəsmiləşdirilib vətərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirəediblər.

Trend bu barədəBFB-yə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə BFB və USACC rəhbərliyi qarşılıqlıinvestisiya axınlarının inkişafı və Azərbaycan ilə ABŞ arasındakapital bazarı sahəsində əməkdaşlığın genişləndirilməsiməsələlərini müzakirə ediblər. Tərəflər 2026-cı ildə müxtəlifsahələri əhatə edəcək layihələrin həyata keçirilməsi istiqamətindəfikir mübadiləsi aparıblar.

BFB tərəfindən ABŞ-də fəaliyyət göstərən kapital bazarıiştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlıinvestisiyalar üçün əlverişli şəraitin yaradılması prioritetistiqamət kimi vurğulanıb.
Görüş zamanı BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilovvurğulayıb:

“USACC -yə üzvlüyümüz bizim üçün ABŞ bazarı ilə potensialəməkdaşlıq imkanlarının araşdırılmasında böyük dəstək verəcəkdir.Bakı Fond Birjası həm kapital bazarı iştirakçıları, peşəkarinvestisiya xidmətləri təminatçıları və bankları, həm dəinvestisiya texnologiya vendorları ilə qarşılıqlı əlaqələrin vəəməkdaşlıqların qurulmasında maraqlıdır”.

“Bakı Fond Birjasını USACC-nin üzvləri sırasında görmək bizimüçün böyük məmnuniyyət doğurur. Kapital bazarı sahəsində əməkdaşlıqABŞ və Azərbaycan arasında biznes əlaqələrinin dərinləşdirilməsindəəhəmiyyətli rol oynayır. USACC olaraq biz maliyyə sektorundaikitərəfli əlaqələrin inkişafına töhfə verməyə və BFB ilə birgəlayihələrin həyata keçirilməsinə dəstək verməyə hazırıq,” —USACC-nin İcraçı direktoru Natiq Baxışov bildirib.

Tərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasının hazırlanmasıvə konkret layihələrin müəyyənləşdirilməsi üzərində işləməyərazılıq veriblər.

Məqalədə:
Seçilən
94
2
az.trend.az

3Mənbələr