Moldova prezidenti Maya Sandu bildirib ki, referendum keçirilərsə, Rumıniya ilə birləşmənin lehinə səs verərdi
Paralel.az xəbər verir ki , bu barədə Sandu “The Rest Is Politics” podkastında danışıb.
“Əgər referendum olsa, mən Rumıniya ilə birləşmənin lehinə səs verərdim”, — deyə o bildirib.
Sandunun sözlərinə görə, hazırkı şəraitdə kiçik dövlətlər üçün suverenliyi və demokratik quruluşu qoruyub saxlamaq getdikcə daha çətinləşir.
O, beynəlxalq vəziyyətin qeyri-sabitliyinə və Moldovanın üzləşdiyi mürəkkəb xarici çağırışlara diqqət çəkib.