AZ

“Əraqçi Uitkoffla danışdı” − KİV


10-11 yanvar tarixində İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla əlaqə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. 
Bildirilib ki, nəşrin mənbələri Əraqçi ilə Uitkoffun necə - telefon və ya SMS vasitəsilə ünsiyyət qurduqlarını dəqiqləşdirməyib. Bir mənbəyə görə, söhbət zamanı onlar yaxın günlərdə görüşün mümkünlüyünü müzakirə ediblər.
Mənbələr bildirir ki, İran xarici işlər nazirinin Uitkoffla təmasları Tehranın gərginliyi azaltmaq və ya ABŞ prezidentinin İrana qarşı hansı tədbirlər görəcəyinə qərar verməzdən əvvəl vaxt qazanmaq cəhdlərini göstərə bilər.
Nəşr qeyd edir ki, Əraqçi ilə Trampın xüsusi elçisi arasındakı söhbət nüvə danışıqlarındakı çıxılmaz vəziyyətə baxmayaraq, Vaşinqton və Tehran arasında birbaşa əlaqə xəttinin açıq qalmasının ilk təsdiqidir.
Xatırladaq ki, dekabrın sonlarından bəri İranda kütləvi hökumət əleyhinə etirazlar davam edir. Beynəlxalq insan haqları fəallarının məlumatına görə, etirazlarda 500-dən çox insan həlak olub.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton etirazların yatırılması və nümayişçilərin ölümü fonunda Tehrana qarşı “çox sərt” variantları nəzərdən keçirir.
Seçilən
67
yeniavaz.com

1Mənbələr