AZ

Ülvi Babayev “Dinamo”nun ikinci komandası ilə məşq edəcək

“Dinamo Moskva” klubu Denis Makarov və Ülvi Babayevin qış təlim-məşq toplanışına “ağ-göylər”in ikinci komandasının tərkibində başlayacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, daha əvvəl Babayevin “Spartak Moskva”ya keçmək istəyinə görə “Dinamo”nun təlim-məşqinə götürülmədiyi bildirilirdi.

“Yanvarın 12-də “Dinamo” oyunçuları yaz hazırlıqlarına başlamazdan əvvəl tibbi müayinədən keçiblər. Yarımmüdafiəçi Denis Makarov əmək müqaviləsinin şərtlərinə uyğun olaraq fiziki hazırlıq səviyyəsini artırmaq və qorumaq üçün “Dinamo-2” ilə mövsümöncəsi məşqlərə başlayacaq. Yarımmüdafiəçi Ülvi Babayev də “Dinamo-2” ilə mövsümöncəsi məşqlərə başlayacaq”, - “Dinamo”nun mətbuat xidməti məlumat yayıb.

İdman.Biz
Seçilən
53
1
idman.biz

2Mənbələr