AZ

“Bavariya”ya yenə lazım olmadı

Daniel Perets bu mövsüm “Bavariya”ya yenə lazım olmayıb.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu onu yenə icarəyə verib.

25 yaşlı qapıçı icarə əsasında “Sauthempton”a göndərilib. Münhen klubunun rəsmi saytının xəbərinə görə, israilli futbolçu bu komandada mövsümün sonunadək çıxış edəcək. Xatırladaq ki, Perets mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirmişdi.

Daniel “Bavariya”ya 2023-cü ilin yayında “Makkabi”dən (Təl-Əviv) transfer olunub. O, münhenlilərin heyətində indiyədək 7 oyunda meydana çıxıb və ötən mövsüm komanda ilə bundesliqanın qalibi olub. Peretsin İsrail yığmasında 10 oyun keçirdiyini də yada salaq.

Seçilən
37
1
football-plus.az

2Mənbələr