AZ

2025-ci ildə ən çox satılan smartfon modeli məlum olub

2025-ci ilin hesabatına görə, “Apple” smartfon bazarında lider mövqe tutub.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Counterpoint Research”in məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu il satılan hər beş cihazdan biri “iPhone” olub və bu, Amerika nəhənginə qlobal bazarın 20 faiz payını verib.

Mütəxəssislər qeyd ediblər ki, “Apple”ın uğuru əsasən yeni “iPhone 17” seriyasının yüksək populyarlığı ilə bağlıdır. Cənubi Koreya şirkəti “Samsung” isə 19 faiz payla ikinci yeri tutub. Çin şirkəti “Xiaomi” köhnə ili bazarın 13 faiz hissəsi ilə başa vuraraq  üçlüyü tamamlayıb.

“Counterpoint Research” şirkətinin proqnozlarına görə, qlobal smartfon bazarı 2026-cı ildə RAM çatışmazlığı və komponent qiymətlərinin artması səbəbindən azalma ilə üzləşə bilər. Mütəxəssislər bu böhranı yarımkeçirici istehsalçıların öz məhsullarını mobil cihazlara deyil, məlumat mərkəzlərinə tədarük etməyə üstünlük verməsi ilə əlaqələndirirlər.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr