AZ

İspaniya polisi tarixində ən böyük kokain partiyasını müsadirə edib

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İspaniya Milli Polisi idarənin tarixində ən böyük kokain partiyasını açıq dənizdə müsadirə edib.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın polisi məlumat yayıb.

Atlantik okeanı sularında saxlanılan gəmidə duz yükünün arasında gizlədilən təxminən 10 ton kokain aşkarlanıb. Polis 13 nəfəri həbs edib, həmçinin, odlu silah müsadirə olunub. Əməliyyatda digərləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Braziliya da iştirak edib.

Gəmi Braziliyadan Avropaya gedirmiş. İspaniya prokurorluğu və məhkəməsinin koordinasiyası ilə aparılan istintaqın diqqət mərkəzində çoxmillətli bir qruplaşma olub. Bu qruplaşmanın Cənubi Amerikadan Avropaya böyük miqdarda kokain idxalı ilə məşğul olduğu güman edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
moderator.az

3Mənbələr