Məhkəmə icraçıları Dolinanı evdən çıxaracaqlar.
İnterpress.az xəbər verir ki, Rusiyanın xalq artisti Larisa Dolina ilə bağlı mənzil qalmaqalı yeni mərhələyə keçib.
Məlumata görə, müğənninin mənzildən çıxarılması prosesini artıq məhkəmə icraçıları həyata keçirəcək.
Evin yeni sahibi Polina Lurye Federal Məhkəmə İcraçıları Xidmətinə müraciət edib və icra işinin başlanmasını gözləyir. Bu barədə onun vəkili açıqlama verib.
Qeyd olunur ki, Dolina hazırda ölkədə olmadığı üçün mənzilin təhvil-təslim aktını imzalaya bilmir.
Müğənninin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) istirahətə getdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az