AZ

Gərginlik artır NATO təyyarələri Türkiyədə

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Avropadan havalanaraq Türkiyənin hava məkanı üzərində müşahidə-kəşfiyyat uçuşu həyata keçirib.

Sfera.az xəbər verir ki, təyyarənin Türkiyə hava məkanında hərəkət etdiyini əks etdirən uçuş marşrutu xəritəsi sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, kəşfiyyat uçuşu əsasən strateji bölgələr üzərində aparılıb. NATO və Türkiyə rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl NATO kəşfiyyat təyyarələrinin Türkiyə üzərində aktivliyi regional gərginlik dövrləri ilə üst-üstə düşüb. Xüsusilə, sonuncu analoji uçuşlar İsrail–İran qarşıdurmasının başlamasından öncə qeydə alınmışdı.

Hazırda bölgədə təhlükəsizlik vəziyyəti diqqətlə izlənilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
7
dogru.az

9Mənbələr