AZ

Kiberhesabatda süni intellektdən istifadə yanlış nəticələr verdi

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Kibertəhlükəsizlik Agentliyi “Enisa” haker hücumları riskləri ilə bağlı analitik hesabatlarının hazırlanması zamanı süni intellekt alətlərindən istifadə edildiyini və bir sıra səhvlərə yol verildiyini etiraf edib.Bizim.Media xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı müstəqil yoxlamanın nəticələrinə istinadla məlumat yayıb.Vestfaliya Ali Məktəbinin İnternet Təhlükəsizliyi İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, “Enisa”nın azı iki hesabatında müvafiq qeyd aparılmadan AI alətlərindən istifadə olunub.Sənədlərdən birində istinadların təxminən 5 faizi işləməyən keçidlərdən ibarət olub. Yoxlamanı professor Kristian Ditrix və IT-təhlükəsizlik üzrə mütəxəssis Rafael Şpringer aparıblar.

 

Ditrixin sözlərinə görə, səhvlərin bir hissəsini sadə yoxlama ilə aşkar etmək mümkün idi. O vurğulayıb ki, etibarlı və yoxlanıla bilən hesabatlar hazırlamaq öhdəliyi olan dövlət qurumunun bu vəzifəni lazımi səviyyədə yerinə yetirməməsi onu narahat edib. İllik büdcəsi təxminən 27 milyon avro olan və Yuqan Lepassaarın rəhbərlik etdiyi “Enisa” agentliyi nöqsanların mövcudluğunu qəbul edib.

Jurnalistlərin sorğusuna cavab olaraq bildirilib ki, söhbət “insani səhvlərdən” gedir və süni intellekt yalnız “kiçik redaktə düzəlişləri” üçün istifadə olunub.Eyni zamanda “Enisa” qeyd edib ki, redaktə prosesi zamanı bəzi düzgün linklər dəyişdirilib, lakin hesabatların əsas nəticələri qüvvədə qalır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
1
bizim.media

10Mənbələr