AZ

“Moskva və Tehran sülh prosesini ləngitməyə çalışır”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması heç vaxt indiki qədər real və yaxın olmayıb. Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmalar, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsini paraflaması bu proses üçün geniş imkanlar pəncərəsi açıb.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı deyib.

Deputat qeyd edib ki, mövcud dinamika fonunda 2026-cı ilin Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olduğu il kimi tarixə düşməsi tamamilə mümkündür:“Bu gün sülh üçün həm siyasi iradə, həm də beynəlxalq dəstək mövcuddur. Prosesin bu mərhələyə gəlib çatması Azərbaycanın prinsipial və ardıcıl siyasətinin nəticəsidir. Buna baxmayaraq, regionda gedən geosiyasi proseslər diqqətdən kənarda saxlanılmamalıdır. Onun sözlərinə görə, Moskva və Tehran Vaşinqton razılaşmalarına skeptik yanaşır və müxtəlif yollarla sülh prosesini ləngitməyə çalışırlar.Xüsusilə Zəngəzur dəhlizi, yaxud bəzi dairələrdə adlandırıldığı kimi ‘Tramp marşrutu’ məsələsində Rusiya və İran açıq şəkildə sərt mövqe nümayiş etdirir və bu prosesə mane olmağa cəhd göstərirlər.Rusiyanın təbliğat maşını bu istiqamətdə artıq aktiv fəaliyyətə başlayıb. Onun fikrincə, Kremlin əsas təbliğat ruporlarından biri olan Vladimir Solovyovun son açıqlamaları bunu açıq şəkildə sübut edir.Solovyov açıq mətnlə bildirir ki, ABŞ Monro doktrinasına əsaslanaraq Qərb yarımkürəsində hegemonluq edirsə, Rusiya da postsovet məkanını öz eksklüziv təsir zonası hesab etməlidir. Bu yanaşma beynəlxalq hüquqa və müasir geosiyasi reallıqlara ziddir”.

Elman Nəsirov qeyd edib ki, bu cür bəyanatlar Rusiyanın Cənubi Qafqazda baş verən son proseslərdən, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı Vaşinqtonda əldə edilən razılaşmalardan ciddi narahatlığının göstəricisidir. Deputat əlavə edib ki, Tehran da analoji mövqedən çıxış edir və regionda status-kvonun dəyişməz qalmasına çalışır.

Hazırda İranın diqqəti daha çox daxili problemlərə yönəlib.İranda dərin siyasi və iqtisadi böhran yaşanır. Bu amil Tehranın regional proseslərə real təsir imkanlarını xeyli məhdudlaşdırır.

Vaşinqton razılaşmalarının arxasında ABŞ kimi qlobal gücün dayanması Zəngəzur dəhlizinin reallaşmasını labüd edir.Bu, artıq qarşısıalınmaz prosesdir. Zəngəzur dəhlizi açılacaq, regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşacaq. Bu, sadəcə zaman məsələsidir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
icma.az

1Mənbələr