AZ

Naxçıvan şəhərində ötən il 14 istehsal və xidmət sahəsi yaradılıb

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan şəhərində 14 istehsal və xidmət sahəsi yaradılıb, 4 sahənin isə fəaliyyəti genişləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 14 sahənin yaradılması və 6 sahənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Həmçinin hesabat dövründə Naxçıvan şəhərində ümumilikdə 589 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 886,2 manat təşkil edib.

2025-ci ildə Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub. Əsas kapitala yönəldilmiş vəsait isə 228 milyon 271 min 300 manat təşkil edib. Bu da 41,7 faiz artım deməkdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib.

Ötən il sənaye məhsulu istehsalı bir il öncəki göstəricidən 14,3 faiz artımla 240 milyon 250 min 700 manat olub. Qeyd olunan dövrdə rabitə və informasiya xidmətləri 4,3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,1 faiz, ictimai iaşə dövriyyəsi 2,1, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb.

 

Seçilən
43
3
azertag.az

4Mənbələr