AZ

Bakıda ən ucuz torpaq sahələri

Bakı şəhəri və ətraf qəsəbələrdə torpaq bazarı kifayət qədər genişdir və qiymətlər əsasən yerləşmə, infrastruktur və kommunikasiya imkanlarından asılı olaraq dəyişir.

Publika.az xəbər verir ki, bu sözləri Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, paytaxtın mərkəzindən kənar ərazilərdə isə nisbətən daha münasib qiymətə torpaq sahələri tapmaq mümkündür:

"Ən ucuz torpaq təklifləri əsasən Abşeron yarımadasının kənar qəsəbələrində qeydə alınır. Bu baxımdan Zirə, Məhəmmədi və Türkan qəsəbələri xüsusilə diqqət çəkir. Həmin ərazilərdə bir sot torpağın qiyməti təxminən 4 000 - 7 000 manat arasında dəyişir.

Bununla yanaşı, Məhəmmədi qəsəbəsinin bəzi hissələrində infrastrukturun daha yaxşı olduğu ərazilərdə qiymətlər 10 min manatı da keçə bilir. Burada qiymət fərqləri əsasən yolətrafı sahələr, kommunikasiya xətlərinə yaxınlıq və sənədləşmə vəziyyəti ilə bağlıdır.

Seçilən
41
5
publika.az

6Mənbələr