Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, qadınların yarışında iki təxirə salınan görüş baş tutub.
VII turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i 3:0 (25:18, 25:14, 25:12), II turdan təxirə salınan qarşılaşmada isə UNEC öz meydanında "Abşeron"u 3:0 (25:15, 18:15, 25:14) hesabı ilə məğlub edib.