AZ

ABŞ alimləri SÜBUT ETDİ: Koronavirus vaksinlər xərçəngə YOL AÇIR – FOTO

Koronavirus peyvəndləri xərçəngə səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, COVID-19 vaksinləri ilə bağlı dünyanı lərzəyə salacaq məlumat yayılıb.

Məlumata görə, ABŞ alimləri “Pfizer” və “Moderna” vaksinləri ilə onkoloji xəstəliklərin inkişafı arasında əlaqə olduğunu sübut ediblər.

Tədqiqatda dünyanın 27 ölkəsində peyvənddən sonra 333 nəfərdə xərçəngin yarandığı və ya mövcud xəstəliyin kəskinləşdiyi qeyd olunub.

Diqqətçəkən məqam odur ki, bir çox hallarda şişlər məhz peyvəndin vurulduğu yerdə – qol nahiyəsində əmələ gəlib.

Lakin bu sensasion məqalə elmi jurnalda dərc edildikdən dərhal sonra silinib.

Jurnalistlər bunun arxasında nəhəng əczaçılıq şirkətlərinin dayandığını iddia edirlər.

Məqalə yayımlandıqdan bir neçə gün sonra jurnalın saytı kiberhücuma məruz qalıb və yazı “sirli şəkildə” yoxa çıxıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr