AZ

Xorvatiya: ABŞ Danimarkanın suverenliyinə hörmət etməlidir

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Şimali Atlantika Alyansındakı müttəfiqlərinə hörmət etməlidir, bura Danimarkanın Qrenlandiya üzərində suverenliyi məsələsi də daxildir.

Bizimyol.info xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bunu Zaqrebdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra bildirib.

"Biz Danimarka hökuməti ilə əlaqə saxlayırıq. Bu həftə ABŞ Dövlət katibi Marko Rubio ilə görüş çox vacibdir və mesaj budur: müttəfiqlər bir-birinə hörmət etməlidirlər və bu, ABŞ-a da aiddir. Arktikada narahatlıqlar var, lakin ABŞ-ın təhlükəsizliyini təmin edəcək bir həll yolu tapıla bilər. Lakin Qrenlandiya Danimarkanın bir hissəsidir və yalnız keyfiyyətli dialoq bütün problemləri həll edə bilər", - deyə Xorvatiyanın Baş naziri vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. Birinci müddətində o, adanı almağı təklif edib və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini dilə gətirib. Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller bu yaxınlarda Danimarkanın adaya nəzarət etmək hüququnu şübhə altına alıb.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, müdafiə müqaviləsi imzaladılar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr