AZ

Uşaqları aqresivləşdirən nədir?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Son illər klinik praktikada aqressiv davranış göstərən uşaqların sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla bağlı istər cəmiyyətdə, istərsə də, sosial şəbəkələrdə məlumatlar paylaşılır, müzakirələr aparılır.

Həqiqətən də, son illər cəmiyyətimizdə nə baş verir? Bu və digər suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

Həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, həqiqətən də, ona müraciətlərdə də, bu problem qabarıq şəkildə özünü biruzə verir. Onun sözlərinə görə, bu müxtəlif səbəblərdə ola bilər.

"Aqressiya çoxfaktorlu bir prosesdir. Həm sinir sistemi, həm hormonlar, həm də mühit amilləri ilə bağlı ola bilər.

Uşaqlarda qərar vermə və impuls idarəetməsinə cavabdeh olan bölgələr tam formalaşmadığından aqressiya daha tez ortaya çıxa bilir. Dopamin sistemini həddən artıq stimullaşdıran videooyunlar və sosial media impulsivliyi artırır.

Serotonin səviyyəsi aşağı olan uşaqlarda isə emosional tənzimləmə zəif olur. Yuxu mərhələlərinin qeyri-stabilliyi emosional reaktivliyi artırır və frontal lob funksiyasını zəiflədir", - deyə həkim bildirib.

Vüsalə Nuriyeva deyir ki, burada cəmiyyətdə, ailədə baş verənlər səbəb olur:

"Daimi qiymətləndirmə, rəqabət və adaptasiya çətinlikləri stress hormonlarını yüksəldir. Ünsiyyətin az olması, sərt tənqid, fiziki və ya emosional zorakılıq aqressiyanı model olaraq gücləndirir. Müasir uşaqların həyatında sərbəst oyun və outdoor fəaliyyət kəskin azalıb. Bu isə nevroloji boşalma mexanizmlərini zəiflədir".

Həkim deyir ki, uşaqların sinir sistemini qorumağın başlıca yolu yuxu rejiminin tənzimlənməsidir:

"Rejimli qidalanma, gündəlik su qəbul etmək stresi azaldır. Bundan başqa, gündəlik hərəkət və sakit həyat tərzi uşaqların normal böyüməsinə təkan verir. Bundan başqa, ekran istifadəsi tədricən azaldılmalıdır. Uşağın nələri izləməsini isə valideyn müəyyənləşdirməlidir".

Qeyd edək ki, aqresiyaya daha meyilli uşaqlar aşağıdakı qruplara bölünür:

DEHB (Diqqət çatışmazlığı və hiperaktivlik)

Autizm spektri pozuntusu

Sensor inteqrasiya problemləri

Nitq gecikməsi

Travmatik həyat təcrübələri

Bu uşaqlarda aqressiv davranış daha tez görünə bilər və erkən müdaxilə vacibdir.

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
baku.ws

1Mənbələr