Yarımmüdafiəçi Elvin Camalov “Neftçi”dən ayrılmağa hazırlaşır.
Paralel.az xəbər verir ki 30 yaşlı futbolçu baş məşqçi Yuri Vernidubun planlarına daxil deyil.
“Zirə” və “Qəbələ” Elvinin xidmətində maraqlıdır. Yarımmüdafiəçi karyerası ərzində daha əvvəl hər iki klubda çıxış edib.
2025-ci ilin yanvarında “Zirə”dən “Neftçi”yə keçən Elvin bu mövsüm cəmi 6 oyunda şans qazanıb.
Yarımmüdafiəçi Azərbaycan yığmasının da üzvüdür. O, millidə 21 oyuna çıxıb.