AZ

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verildi

İspaniyanın “Real” Madrid klubu baş məşqçi Xabi Alonso ilə yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, tərəflər əməkdaşlığın dayandırılması ilə bağlı qarşılıqlı razılığa gəliblər.

44 yaşlı mütəxəssis 2025-ci ilin yayından etibarən “kral klubu”na rəhbərlik edirdi. Onun çalışdırdığı dövrdə komanda bir sıra vacib qarşılaşmalara çıxsa da, son olaraq İspaniya Superkubokunun finalında əzəli rəqib “Barselona”ya 2:3 hesabı ilə məğlubiyyət Xabi Alonsonun “Real”dakı karyerasının sonu olub.

Klub rəhbərliyi baş məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
48
konkret.az

1Mənbələr