"Şamaxı”nın hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirə bilər.
Onun xidmətində Latviyanın "Dauqavpils" klubu maraqlıdır.
Azreform.info xəbər verir ki, hazırda forvardla Avropa təmsilçisi arasında aktiv danışıqlar gedir.
U-17 millimizin üzvü müqavilə ilə “Qarabağ”a məxsusdur. O, ötən mövsüm sınaq matçlarında əsas komandada debüt edib və 2 qol vurub.
"Şirlər" gənc oyunçunu 2025-ci ilin yayından icarə əsasında heyətinə cəlb edib.(sportinfo)