AZ

İsrailli nazir Bakıya niyə gəlir?

İsrail xarici işlər naziri Gideon Saarın yanvarın 26-da Bakıya səfəri gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, məlumatı İsrail mənbələri AIA Global-a (Azərbaycan-İsrail Alyansı) istinadən yazıb.

Səfər bir gün davam edəcək və bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar keçiriləcək. Nazir daha sonra isə Qazaxıstana səfər edəcək.

Vaşinqtonda yerləşən Hudson İnstitutunun son təhlilində qeyd olunur:

"Azərbaycan strateji cəhətdən əhəmiyyətli bir yerdə yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkə Avropa və qlobal bazarlara çıxış üçün Mərkəzi Asiyanın əsas nəqliyyat mərkəzlərindən biri kimi xidmət edir".

“Bakı Orta Dəhlizin əsas hissəsinə nəzarət edir. Bu, Avropadan Asiyaya gedən və həm Rusiyadan, həm də İrandan keçərək gedən yeganə quru yoludur. Bu, ABŞ-nin Çinin nadir torpaq elementlərinə alternativ axtarışında son zamanlar prioritet verdiyi Orta Asiyaya körpü rolunu oynayır”, - deyə Yorktovn İnstitutunun Turan Beyin Mərkəzinin baş analitiki Cozef Epşteyn “The National Interest” üçün yazdığı məqalədə bildirib.

“Forbes” isə qeyd edir ki, Azərbaycan Qazaxıstan və Özbəkistanın həyati əhəmiyyətli mineral ehtiyatlarına əsas giriş nöqtəsi kimi xidmət edir.

Seçilən
73
5
cebheinfo.az

7Mənbələr