AZ

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyanın "Real" (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

"Report" xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
5
azpolitika.info

10Mənbələr