İspaniyalı mütəxəssis Xabi Alonso Madrid “Real”ının baş məşqçi postunu öz istəyi ilə tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, Xabi Alonso son dövrlərdə soyunub-geyinmə otağında hökm sürən eqoizm, futbolçular tərəfindən ona qarşı davamlı hörmətsizlik və bu vəziyyətin son həftə daha da kəskinləşməsi səbəbindən yorulduğunu hiss edib. Bundan əlavə, klub rəhbərliyi tərəfindən son aylarda kifayət qədər dəstək görməməsi də qərarın əsas səbəblərindən biri olub.
Qeyd edək ki, yanvarın 11-də “Real” İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.
Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”a rəhbərlik edirdi. Klubun rəsmi açıqlamasında ayrılığın qarşılıqlı razılaşma əsasında baş verdiyi bildirilib. “Real”ın yeni baş məşqçisi isə komandanın sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub.