AZ

Rufo Gəncinski ilə bağlı şok əməliyyat

BƏƏ-nin Dubay şəhərində təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, əməliyyat zamanı 80 nəfər xarici vətəndaş saxlanılıb.

Bildirilib ki, saxlanılanlar arasında bir neçə kriminal avtoritet və dəstə başçısının da olduğu iddia edilir. Onların arasında “Rufo Gəncinski” ləqəbi ilə tanınan şəxsin də yer aldığı qeyd olunur.

Dubayın xüsusi xidmət orqanları əməliyyatın aparıldığını rəsmi şəkildə təsdiqləsələr də, saxlanılan şəxslərin adları ilə bağlı detallı açıqlama verməyiblər. Məlumata görə, Rufo Gəncinski kimi tanınan kriminal avtoritet artıq BƏƏ ərazisindən çıxarılıb.

 

Seçilən
85
nocomment.az

1Mənbələr