Azərbaycanla Ermənistan arasında sülh prosesi Çinlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait formalaşdırır.
Bunu AZƏRTAC-da yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında iqtisad elmləri doktoru, Gürcüstanın Çində sabiq səfiri David Aptsiauri söyləyib.
“Regionda yaranmış yeni vəziyyət tammiqyaslı qarşılıqlı fəaliyyətin sürətləndirilməsinə imkan verir və birgə layihələrin həyata keçirilməsi üçün perspektivlər açır. Bu gün Azərbaycanın qlobal və regional kontekstdə iqtisadi əhəmiyyəti xüsusilə böyükdür. Bu, təkcə ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi üçün deyil, həm də sənayenin, energetikanın və nəqliyyat dəhlizlərinin inkişafı üçün imkanlar yaradır”, – ekspert vurğulayıb.
Sabiq səfir əlavə edib ki, Azərbaycanın Çinin strateji layihələrində iştirakı region üçün yeni üfüqlər açır, ölkəyə iqtisadi və sosial inkişaf məqsədləri üçün öz resurslarından maksimum səmərə ilə istifadə etməyə imkan verəcək.