AZ

"Real Madrid" baş məşqçi Xabi Alonsonu istefaya göndərib

BAKI,TurkicWorld

Xabi Alonso İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.

TurkicWorld-un məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Qeyd edək ki, X.Alonso 2025-ci ilin may ayında "Real Madrid"ə rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027/28 mövsümünün sonuna qədər imzalanmışdı.

Seçilən
25
1
turkic.world

2Mənbələr