AZ

Həkimlər ŞOKDA: İçkili ana sərxoş körpə dünyaya gətirdi – FOTO

Polşada körpə qanında spirtlə doğulub.

İnterpress.az xəbər verir ki, Polşada tibb işçilərini dəhşətə gətirən hadisə baş verib.

Məlumata görə, 38 yaşlı hamilə qadın xəstəxanaya gətirilərkən qanında 3 promil spirt aşkarlanıb. Bu, həyat üçün təhlükəli dərəcədə sərxoşluq hesab olunur.

Həkimlər dərhal keysəriyyə əməliyyatı edərək uşağı xilas ediblər. Lakin analizlər nəticəsində yeni doğulan körpənin qanında 1,62 promil spirt olduğu üzə çıxıb. Yəni, körpə sözün əsl mənasında sərxoş doğulub.

Hazırda körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Məsuliyyətsiz ananı isə 5 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr